İspaniya Kuboku: “Barselona” - “Sevilya” 6-1

 

İspaniya Kubokunun ¼ mərhələsinin cavab matçında “Barselona”a “Sevilya”nı qəbul edib.

Oyun ev sahibi komandanın böyük üstünlüyü şəraitində keçib və “Baselona   6:1 hesabı ilə  qalib gəlib . Matçda “Barselona”dan Koutinyo 13-cü və 53-cü dəqiqələrdə, Rakitiç 31-ci dəqiqədə , S.Roberto 54-cü dəqiqədə, Suares 89-cu dəqqiqədə və nəhayət Messi  92-ci dəqiqədə  fərqləniblər. “Sevilya”nın  təskinlik qolunu  67-ci dəqiqədə Arana vurub.

Qeyd edək ki, 27-ci dəqiqədə “Sevilya”nın yarımmüdafiəçisi Baneqa  penalti zərbəsini qola çevirə bilməyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir