Məşhur vokalist Bakıda ustad dərsləri keçəcək

Mədəniyyət Nazirliyinin verdiyi xəbərə görə, Rusiyanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Larisa Rudakova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Bakıya dəvət olunub.

 

Rusiyalı sənətkar fevralın 5-dən 15-dək teatrda ustad dərsləri keçəcək. L.Rudakova Nyu-York Metropoliten Operası, habelə Avropanın ən mötəbər opera teatrlarının səhnələrində çıxış edəib,  bir çox görkəmli dirijorlarla və məşhur orkestrlərlə çalışıb.

L.Rudakova teatr tamaşalarında səhnəyə çıxmaqla yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olur. O, həm də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor-pedaqoqdur. Onun bir sıra beynəlxalq müsabiqələr laureatı olan tələbələri Moskva və Avropanın müxtəlif opera teatrlarının solistləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir