Milli Kitabxanada “Məhəmməd Əmin Rəsulzadə - 135” kitab sərgisi açılıb

Milli Kitabxanada ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə – 135” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və xarici dillərdə nəşr olunmuş  əsərləri, eləcə də onun haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Eyni zamanda əməkdar incəsənət xadimi, şair Əli Qulu oğlu Cavadzadənin (Əli Tudə) anadan olmasının 95 illiyi münasibətilə “Əli Tudə-95” adlı kitab sərgisi açılıb.

Mənbə: Mədəniyyət Nazirliyi

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir