Rusiya, Türkiyə və İran liderləri növbəti dəfə Suriyanı müzakirə ediblər

Soçidə Rusiya, Türkiyə və İran prezidentləri –  Vladimir Putin, Tayyib Ərdoğan və Həsən Ruhani arasında danışıqlar aparılıb.  Bu, Suriya ilə bağlı tərəflərin  üçtərəfli formatda dördüncü görüşüdür.
Liderlər görüş haqqında  mətbuat konfransında məlumat veriblər.
Rusiya lideri  müzakirələrin  “hərtərəfli” olduğunu və “konstruktiv və işıqlı bir şəkildə” keçdiyini vurğulayıb.

Putin qeyd edib ki, zirvə iştirakçıları ABŞ-ın Suriyadan çəkilmək niyyətinin müsbət addım olacağını qəbul ediblər. Putinin sözlərinə görə, prezidentlər humanitar məsələlərə, Suriya əhalisinə yardım göstərməyə, qaçqınların ölkəyə qaytarılması məsələsinə  böyük diqqət ayırıblar.

Həsən Ruhani məlumat verərək deyib ki,

 

Suriyada  hər hansı bir işarə altında fəaliyyət göstərən bütün terroristlərdən azad edilməlidir və danışıqdakı bütün iştirakçılar bununla razılaşıblar.

 

Türkiyə Cümhuriyyətinin prezidenti Ərdoğan mətbuat konfransında onu narahat edən məsələlərə toxunub.  Qardaş ölkə prezidentinin fikirncə,

ABŞ silahlı qüvvələrinin Suriyadan çıxarılamsı bu ölkədə azad olunan ərazilərdə hakimiyyət boşluğuna,  oralarda terroristlərin ağalığına yol açmamalıdır.

Ərdoğan Astana razılaşmaları  çərçivəsində  tərəfdaşlarından Suriya-Türkiyə sərhədi boyunca terrorist dəhlizi yaradılmasının qarşısının alınmasına əməli dəstək vermələrini gözlədiklərini vurğulayıb.

Üçtərəfli sammitin yekunlarına dair birgə sənəd qəbul olunub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqladığı məlumata görə, tərəflər arasında növbəti görüş apreldə Astanada keçiriləcək.  Daha sonra Suriya zirvəsinin Türkiyədə təşkil olunması barədə razılıq əldə  edilib.
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir