Dünyanın həyat üçün münasib ən yaxşı şəhərlərinin növbəti reytinqi tərtib olunub

 

 

“Mercer” agentliyi 2018 ilin nəticələri əsasında dünyanın həyat üçün ən münasib şəhərlərinin reytinqini dərc edib.

Hər il ənanəvi olaraq tərtib olunan bu reyting 39 bənd xarakteristika üzrə müəyyənləşdirilir.  Bura siyasi-sosial vəziyyətdən tutmuş iqtisadi, ekoloji, təhsil, səhiyyə və bir sıra dıgər sahələrə aid göstəricilər daxildir.

Birinci yerə yenə də Vyana layiq görülüb. Qeyd edək ki, Avstriyanın paytaxtı artıq 9-cu ildir ki ard-arda birinciliyə layiq görülüb. 2-ci yerdə Sürix, 3-də iki şəhər – Oklend və Münhendir.

Şimali Amerikanın lideri Vankuver bu cədvəldə 5-ci yerdədir.

 

 

Latın Amerikasının birincisi Montevideo ümumi cədvəldə 77-ci, Asiyanın ən yaxşı şəhəri elan edilən Sinqapur isə 25-ci olub.

London ötən il bir qədər geriləyərək 41-ci yerə düşüb.  Lissabon 38, Paris 39, Lion 40-cı  yerə layiq görülüb.

ABŞ-ın ən yaxşı şəhərləri San-Fransisko 30-cu, Nyu-York 45-ci, Los-Anceles 64-cü yerdə qərarlaşıb.

Moskva 167-ci,  Sankt-Peterbuq və Kiyev 173-cü olub.

 

Siyahını sonuncu  – 231-ci yerdə Bağdad qapadıb.

Cənubi Qafqaz və Orta Asiya şəhərləri bu reytinq təhlilində  iştirak etməyib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir