İ.Şirinzadə: təqaüdün artırılması xüsusilə doktorant və magistrantlar üçün böyük əhəmiyyət kəsb edir

 

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat materialları kafedrasının müdiri, professor İradə Şirinzadə: 

 

Azərbaycan Respublikası Prezidentinin doktorantların, ali və orta təhsil müəssisələrində təhsil alan bakalavr və magistr tələbələrinin təqaüdünün artırılması barədə sərəncamları məni də sevindirdi. Hesab edirəm ki, bu, xüsusilə doktorantura və magistratura pillələrində təhsil alan tələbələr üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu pillədə təhsilini davam etdirənlər artıq müəyyən yaş həddinə çatmış olurlar və əlbəttə ki, valideynlərdən asılı olmaq istəmirlər”.

Professor mövzu ilə bağlı fikirlərini davam etdirərək daha sonra deyib:

Doktorantlarla həmişə ünsiyyətdə olduğum üçün bilirəm ki, onların tədqiqat işlərinin yerinə yetirilməsi və apardıqları tədqiqatların nəticələrini nəşr etdirmək üçün müəyyən maddi vəsait tələb olunur. Bu nöqteyi-nəzərdən baxsaq, çox vaxtında verilmiş qərardır və bunun üçün hörmətli prezidentimizə təşəkkür edirəm”.

Mənbə: AZƏRTAC