İran ABŞ-a meydan oxuyur

İran ABŞ və müttəfiqlərinin təzyiqlərinə boyun əyməyəcək – cənub qonşumuzun prezidenti Ruhani bu sözlərlə Amerikanın qarşısından qaçmayacaqlarını bildirib.

İran prezidenti Həsən Ruhani bu fikirləri ölkənin cənubundakı  Bender Günavə  şəhərində ictimaiyyətə müraciət edərkən  söyləyib.

Yaxın-Orta Şərqdəki bütün ölkələrlə yaxın əlaqələr qurmaq istədiklərini  vurğulayan Ruhani “İran  Orta Şərqdə  təhlükəsizliyi təmin etmək üçün bölgə dövlətləri ilə birgə fəaliyyətə hazırdır”, –  deyib.

 

“İran düşmənlərinin” ölkəni  etnik zəmində parçalamaq niyyətində olduğunu qeyd edən Ruhani   ABŞ və İsrailin adlarını çəkərək  onların “iranlılar arasında ayrılıq yaratmaq” istədiklərini bildirib.  Eyni zamanda, ABŞ-ın İran siyasətinin uğursuzluğa məhkum olduğunu söyləyib.

İran prezidentinin çıxışında diqqət çəkən məqam ölkəsinin bölgə dövlətləri ilə əməkdaşlığa hazır olmasını İran İnqilabı Mühafizləri Ordusunun komandanı Əli Cəfərinin  hədə dolu çıxışından sonra  elan etməsidir.

“Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən intiqam alacayıq”

Xatırladaq ki, İsfahan şəhərində törədilmiş terror aktı nəticəsində həlak olmuş  əsgərlərlə vida mərasimindəki nitqində ordu komandanı

İranın kəşfiyyat təşkilatının Pakistanla sərhəddə fəaliyyətdə olduğunu bildirmiş, “İntiqam əməliyyatları üçün prezidentdən izin istəyirik, Səudiyyə Ərəbistanından və Birləşmiş Ərəb Əmirliklərindən intiqam alacayıq”

demişdi.

Mənbə: Star

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir