Sofiya küçələrində faşizm şüarları səsləndirilib

İkinci Dünya müharibəsi dövründə faşizm tərəfdarı olmuş Bolqarıstanın hərb naziri Xristo Nikolay Lukovun şərəfinə Sofiya şəhərində məşəlli anma yürüşü keçirilib. Yürüşün təşkilatçıları Bolqarıstanın radikal sağ təmayüllü siyasi qüvvələri olub.

Avropa  mətbuatı yürüşə təxminən 2 min nəfərin qoşulduğunu yazıb. Aksiya iştirakçıları faşizmi və general Lukovu tərifləyən platatlar daşıyıb.

Tədbirə icazəni Sofiyanın ilk qadın bələdiyyə sədri verib. Xanım mer əvvəlcə aksiyayanın keçirilməsini yasaqlasa da, məhkəmə qərarı ilə  anma mərasiminə razılıq  imzası atıb.  Artıq ikinci  ildir ki,  faşizmə meyilli qüvvələr digər ölkələrdən də gələnlərlə birlikdə  bu ad altında Sofiyada tədbir keçir.
Qeyd edək ki, general Lukov 1943-cü ildə faşizm əleyhdarlarının  – partizan kommunistlərin sui-qəsdi nəticəsində  öldürülüb.
YƏHUDİLƏR TƏPKİLİ
Dünya Yəhudi Kongresi ve diğər yəhudi təşkilatları Avropanın mərkəzində faşizm şüarlarının  müşayiətində keçirlən anım yürüşünü  qınayaraq təxirə salınmasını istəyiblər.
İddialara görə, Sofiyadakı tədbirdə  Almaniyanın  irqçi  NDP partiyasının üzvləri, həmçinin  İsveçdən, Macarıstandan da gəlmiş radikal irqçi qrup üzvləri də iştirak ediblər.
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir