Trump Maduronu müdafiə edən hərbçiləri hədələyib

ABŞ Prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro tərəfdarı olan ordu mənsublarını hədələyib.

Florida sakinləri qarşısında çıxışı zamanı ABŞ lideri venesuelalı həbçilərin öz həyatlarını və Venesuelanın gələcəyini risqə atdıqlarını söyləyib və Maduronu “Kubanın marionetkası” adlandırıb.

Trump prezident Maduronu qəbul etmədiyini, tanımadığını, Venesuelanın “müvəqqəti prezidenti” Huana Quaydonu dəstəklədiyini bir daha bəyan edib:

ABŞ Quaydonu və Venesuela xalqını dəstəkləyir. Tezliklə nəinki Venesuelada, Nikaraqua və Kubada da sosializmin, kommunizmin sonu gələcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir