Türkmənistan prezidenti atını sirkə hədiyyə edib

Türkmənistan prezidentinin atlarından biri təntənə ilə Türkmənistan Dövlət Sirkinə verilib.  Sirkə atı Axaltəkin Atçılıq Kompleksində prezidentin atlarına  təlim keçən şəxs təslim edib.

Bundan sonra sirkdə keçirilən tamaşada prezident atı da öz məharətlərini göstərib. Ehtimal olunur ki, məhz prezident atının çıxışları naminə sirkin xarici  ölkələrə səfərləri təşkil olunacaq.

Qeyd edək ki, Türkmənistan lideri   Axaltəkin Atçılıq Kompleksinə fevralın əvvəllərində  gedərək atlarına baş çəkmiş, o zaman sevimli atlarından  biri – Ruhubilenti sirkə vermək qərarına gəlmişdi.  Bu at çox bahalı olmaqla yanaşı arxa ayaqları üzərində ən uzun məsafə qət etməklə Ginnesin rekordlar kitabına düşüb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir