İranda növbəti dəfə Azərbaycanın dövlət bayrağına qarşı təxribat törədilib

İranın Qum Əyalətində qadınların şotokan üzrə beynəlxalq karate turnirində Azərbaycan Respublikasının dövlət bayrağına qarşı təxribat törədilib

Turnirə  fevralın 14-də start verilib. Yarış zalında Azərbaycanın dövlət  bayrağı  Ermənistan bayrağının altından asılıb.

İran Karate Federasiyasının bu təxribatçı hərəkəti Azərbaycan komandası üzvlərinin etirazı ilə qarşılanıb və  bundan sonra Azərbaycan bayrağı  idmançılarımızn da bilavasitə iştirakı ilə  salonun digər yerində asılıb.

Qeyd edək ki, İranda keçirilən idman yarışlarında, eləcə də digər tədbirlərdə  dəfələrlə Azərbaycan bayrağına qarşı oxşar hörmətsizlik nümayiş  olunub. Sonuncu hadisənin də qəsdən və aşağılayıcı məqsədlə edildiyi  şübhəsizdir.

Məlumat üçün bildiririk ki, Qadınların Şotokan Beynəlxalq Karate Çempionatına İran əyalətlərinin komandaları ilə yanaşı 6 xarici ölkədən, o cümlədən Azərbaycandan 21 idmançı qatılıb.

İlkin xəbərlərə görə, idmançılarımız  turnirdə uğurla iştirak ediblər və bayrağımızı fəxri kürsüdə də uca tutmağa nail olublar.


Mənbə: GÜNAZ.TV

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir