Poroşenko NATO-dan Qara dənizdə gəmilərini artırmasını istəyir

ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində  Poroşenko

NATO-nun Qara dənizdəki gəmilərinin  sayını artırmalıyıq. Krımın ilhaqından sonra Qara dənizdə güclər nisbəti tamamilə pozulub

deyərək, Rusiyanın Qara dənizdə aqressiv siyasətini davam etdirə biləcəyini vurğulayıb.

Ukrayna lideri

Ukrayna gəmiləri  əvvəllər də hücumlara məruz qalıblar. Bu səbəbdən NATO-nun hövzədə varlığı  və gəmilərinin artırılması təhlükəsizliyi təmin edərdi

deyə fikrini tamamlayıb.

Poroşenko Rusiyanın Krımda hərbi mövqeyini gedərək gücləndirdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiya Krımda hərbi dəniz güvvələrini əhəmiyyətli dərəcədə artırıb.
Ukrayna prezidenti  koalisiya güclərinin artırılması  və Rusiyaya qarşı sanksiyaların davam etditilməsi və digər təzyiq vasitələri ilə “Putinlə danışmaq nəticə verər” söyləyib.
Xatırladaq ki,  NATO-nun Baş katibi Jens Stoltenberg bu yaxınlarda “Rusiyanın beynəlxalq normaları pozması səbəbilə” NATO-nun Qara dənizdə hərbi iştirakını artırmağa hazırlaşdığını bəyan etmişdi.
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir