ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində Poroşenko
NATO-nun Qara dənizdəki gəmilərinin sayını artırmalıyıq. Krımın ilhaqından sonra Qara dənizdə güclər nisbəti tamamilə pozulub
deyərək, Rusiyanın Qara dənizdə aqressiv siyasətini davam etdirə biləcəyini vurğulayıb.
Ukrayna lideri
Ukrayna gəmiləri əvvəllər də hücumlara məruz qalıblar. Bu səbəbdən NATO-nun hövzədə varlığı və gəmilərinin artırılması təhlükəsizliyi təmin edərdi
deyə fikrini tamamlayıb.
Poroşenko Rusiyanın Krımda hərbi mövqeyini gedərək gücləndirdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiya Krımda hərbi dəniz güvvələrini əhəmiyyətli dərəcədə artırıb.
Ukrayna prezidenti koalisiya güclərinin artırılması və Rusiyaya qarşı sanksiyaların davam etditilməsi və digər təzyiq vasitələri ilə “Putinlə danışmaq nəticə verər” söyləyib.
Xatırladaq ki, NATO-nun Baş katibi Jens Stoltenberg bu yaxınlarda “Rusiyanın beynəlxalq normaları pozması səbəbilə” NATO-nun Qara dənizdə hərbi iştirakını artırmağa hazırlaşdığını bəyan etmişdi.