Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş atışlı təlimləri keçirilib

Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet saytında bu haqda yayılan xəbərdə deyilir:

Təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib.
Təlimlərdə HHM bölmələri döyüş atışları icra ediblər.

 

 


Mənbə: mod.gov.az

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir