Niyazinin mənzil-muzeyi növbəti tədbirə hazırlaşır

“Dirijorlarla görüş” layihəsi çərçivəsində Niyazinin mənzil – muzeyində növbəti tədbir keçiriləcək. Martın 1-də Əməkdar artist, dirijor, pianoçu – bəstəkar Turan Manafzadə ilə muzeydə görüş olacaq.

Bu barədə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov  məlumat verib.

Görüş zamanı musiqiçinin yaradıcılığından söhbət açılacaq və iştirakçıların sualları cavablandırılacaq. Tədbir Turan Manafzadə tərəfindən təqdim olunacaq konsert proqramı ilə davam edəcək.


 

Mənbə: AZƏRTAC

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir