40-dan çox dövlətin diplomatik təmsilçisi Naftalanın turizm potensialını öyrənib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Naftalana səfər ediblər

Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən Naftalan şəhərinə səfər bölgənin sağlamlıq turizmi imkanlarının tanıdılması baxımından əhəmiyyətli olub.

40-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Naftalanın turizm potensialı və şəhərdə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzləri – “Qarabağ SPA and Resort”, “Chinar Hotel & SPA Naftalan” və “Qaşaltı” otellərinin fəaliyyəti ilə yaxından tanış olub, hər bir müəssisə haqqında müfəssəl məlumat alıblar.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir