İqlim dəyişikliyinin fəsadları dünyanın müxtəlif ölkələrində fərqli şəkildə özünü büruzə veirir
Bəzi yerlərdə qış anaormal dərəcədə sərt, bəzilərində ənənnəvi olmayan isti şəraitdə keçir. Bir neçə ildir ki, Azərbaycanda bunun şahidi olururq. Bu il bütün ölkə boyu qışn olduqca mülayim, isti jeçdiyini spyləmək mümkündür. Bakıda isə, ümumiyyətlə, sanki qış “ixtisar”a düşüb. Oxşar anomaliyalar Avropada da müşahidə edilməkdədir.
“Meteo-France” meteoroloji xidmətinin məlumatına görə, fevral ayının 27-də Fransa üzrə orta temperatur 21,3 dərəcə olub. Bu, 1960-cı il fevralın 28-də qeydə alınmış rekordan 1,1 dərəcə çoxdur. O zaman Fransada orta temperatur 20,2 dərəcə təşkil etmişdi.
Meteoroloji xidmətin məlumatına əsasən, Aisirit şəhəri 2019-cu ilin fevral ayında Fransanın ən isti yaşayış məntəqəsi olub. Şəhər qış fəslinin sonunu 28,1 dərəcəlik isti şəraitində keçirib. Ümumiyyətlə, Fransanın cənubunda havanın hərarəti 25 dərəcədən yuxarı qalıb.
Eyni gündə Parisdə də kifayət qədər isti olub – temperatur müsbət 20,4 dərəcəyədək qalxıb. Maraqlıdır ki, Parisdə son 10 gündə temperatur 15 dərəcədən aşağı düşməyib. Bu da meteoroloji müşahidələrin başladığı 1873-cü ildən bəri görünməmiş hadisədir.
Bu ii fevralın ilk yarısı 1990-cı və 1998-ci illərdəki kimi mülayım keçib. Ayın ikinci yarısı da istisna olmayıb. Orta temperatur ənənəvi 10 dərəcədən 15 dərəcəyə yüksəlib.
Fevral ayında temperatur rekordları bir neçə regonda qeydə alınıb. Xüsusilə fevralın 22-dən sonra Langedoke, Bretani O-de-Frans və digər bölgələrdə tarixin ən isti fevralı yaşanıb.
Bununla belə, “Meteo-France” 1960-cı ildə San-Jironda (Aryej) görülmüş reort istilərin bu il üstələnməyəcəyi qənatindədir. O zaman bu bölgədə fevralın 29-da temperatur müsbət 31,2 dərəcəyə qalxıbmış.
Maraqlıdır ki, Fransada son dövrlərin ən soyuq fevralı da keçən il qeydə alınıb. Ötən il bu aydda temperatur 1971-ci ildəki kimi soyuq: orta minimum üzrə mənfi 7,7 dərəcə, orta maksimum göstərici üzrə isə 0,3 dərəcə olub.