Hindistan-Pakistan sərhəddində silahlı insident baş verib

 Hindistan-Pakistan sərhədində tərəflər arasında atışma  olub

Mübahisəli Kəşmir bölgəsində təxminən 1 saat davam edən silahlı insident  nəticəsinin nətixələri haqqında məlumat verilməyib.  Hindistan Müdafiə Nazirliyinin mətbuat katibi Devender Anand məlumatı təsdiqləyib, Pakistanın informasiya naziri Şövkət Əli Yusifzayi isə ölkənin şərq sərhədlərində ordunun “yüksək hazırlıq” vəziyyətinə gətirildiyini söyləyib.

Qeyd edək ki, yeni olmayan bu münaqişənin son dövrlərdə  bir daha gərginləşməsi və təhlükəli həddə çatması dünya ictimaiyyətini ciddi narahat edir.  Nüvə silahına malik olan bu iki ölkə arasında eskolasiyanın yüksəlməsi regionun və dünyanın  təhlükəsizliyi üçün ciddi təhlükədir.  Bu səbəbdən mütərəqqi qüvvələr münaqişə tərəflərinə  aralarındakı problemi dinc yollarla həll etməyi tövsiyə edir.

Ümidverici haldır ki, Azərbaycana dost münasibətləri basələyən və ikitərəfli münasiblətlərimizin ən yüksək səviyyədə olduğu ölkələrdən biri olan Pakistanın Baş naziri İmran xan hindistanlı həmkarına müraciətində  sülhün qorunub saxlanılması üçün dialoq təklif edib.

Ölkəmizin Hindistanla da münasibətləri normal və perspektivlidir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir