Ənənəvi olaraq hər ilin mart ayında keçirilən Cenevrə avtomobil sərgisi açılıb

 Cenevrə sərgisi svtomobil dünyansının ən mötəbər tədbirlərindən biridir. Sərgidə dünyanın ən məşhur avtokonsernlərinin (markaların) son nailiyyətləri, yeni modellər, eləcə də gələcəyin avtomobilləri nümayiş olunur. Tədbirə maraq bu il də yüksəkdir. Yenə də avtomobil həvəskarlarına ah çəkdirəcək modellər, yeniliklər sərgilənir.

Cenevrə avtomobil sərgisinin tarixçəsi

Bu dünyaca məşhur  sərgisinin təməli 1905-ci ildə atılıb. Həmən il ilk dəfə İsveçrədə  milli avtomobil və ikitəkərli nəqliyyat vasitələrinin sərgisi keçirmək təşəbbüsü irəli sürülüb və qısa müddətdə də təşkil edilib. Tədbir təşkilatçıların və iştirakçıların gözləntilərini doğrultduğundan növbəti il də təkrarlanıb. İlk il 17 min 514 nəfər tamaşaçı ilə 15 min frank gəlir gətirən sərgiyə iliknci dəfə 25 min 600 nəfər gəlib.

İlk uğurlara baxmayaraq dünya müharibəsinin mənfi təsiri sona çatdıqdan sonra belə uzun çəkib. Sərgi 1908-1923-ci illər ərzində keçirilməyib. 1924-cü ildən isə Cenevrə yenidən avtomobil “vitrini” rolunu oynamağa başlayıb və uzun fasiləyə baxmayaraq, 30 min tamaşaçı toplayıb. Sonrakı il isə bu say  100 mini keçib.

Sərginin beynəlxalq statusu növbəti dünya müeharibəsindən sonra – 1947-ci ildə rəsmən tanınıb. Beləcə, ilbəil populyarlıq qazanan sərgi dünya üzrə ən prestijli avtomobil yenilikləri hadisəsinə çevrilib. Hətta “Cenevrə avto-salonu” adlandırılan sərgi Cenevrəni  simvolizə edən milli marka səviyyəsinədək yüksəlib.

Qeyd etdiyimzi kimi cari ilin səgisi də böyük maraqla qarşılanıb. Nümayiş olunan avtomobillər həmişəki kimi göz oxşayır. Salon avtomobil nağılları dünyasını xatırladır. Markalar arasında dizayn və komfort göstəriciləri, eləcə də texniki  imkanları ilə heyrət doğuran modellər də az deyil.

↑ Bu qara “Bugatti” hazırda dünyanın ən bahalı avtomobili sayılır. Cenevre salonunda nümayiş olunan  qara “mirvari”nin dəyəri 19 milyon ABŞ dollarıdır. ↓

“Bentley” sərgiyə 100 illik yubileyinin şərəfinə hazırladığı modellə gəlib.  “Continental  GT  Number 9″ bu markanın idman sinfinə aid edilən yeni modelidir. ↓
“Lexus” ənənəvi   lüks tərzini yeni modelində də ifadə edib. Avtomobilin idman elementləri ona bir az da aqressiv  görünüş verib. ↓

Cenevrə avtomobil sərgisi 10 gün – martın 7-dən 17-nə kimi sürəcək. Sərgiyə maraq olduqca böyükdür. Bunu sərginin mətbuat mərkəzinin sahəsi və ümumi görünüşü də ifadə edir. ↓

Salonda təqdim edilən avtomobillərin bir qisminin şəkillərinə  aşağıdakı foto-karuseldə daha geniş format və keyfiyyətdə baxa bilərsiniz. İstənilən kadra  tıklayıb vərəqləyin…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir