ABŞ Türkiyənin S-400-lərdən imtina etməsi üçün hüquqa zidd bəyanatlar verməkdən belə çəkinmir

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözcüsü Charles Summers keçirdiyi mətbuat konfransında Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ilə bağlı verilən suala cavabında qardaş ölkəni təhdid edərək deyib:

 

Türkiyə S-400-ləri alarsa, bunun  hərbi sahədə əməkdaşlığımız baxımından  ağır nəticələri olacaq. Bu halda Türkiyənin F-35 və “Patriot” almasından söz gedə bilməz.

Bir müxbirin bu sözlərdən  sonra  “bir NATO müttəfiqinə qarşı “ağır nəticələri olur” ifadəsi ilə nə demək istəyirsiniz” sualına cavabında Summers əvvəlki sözlərini  təkrarlayaraq:

 

“F-35 və “Patriot”ları ala bilməyəcəklər, – bunu nəzərdə tuturam,

 

deyib.

Qeyd edək ki, Türkiyə müdafiə naziri Hulisi Akar bu gün səhər “Anadolu” xəbər agentliyinin redaktorlar masasına qonaq olarkən  bu mövzuda daha əvvəl  Amerikadan gələn oxşar bəyanatlara  münasibət bildirmişdi.

Nazir F-35-lərin ortaq layihə olduğunu, ümumi səylərlə, layihələndirilməsindən istehsalınadək müştərək fəaliyyətlə ərsəyə gətirildiyini xatırladaraq deyib:

Türkiyə pilotlarının bu təyyarələrdə təlim keçməyə hazırlaşdığı, xidmət və texniki hərbi personalın Amerikada təlimlərinin sürdüyü  bir zamanda “Biz sizə F-35-i verməyə bilərik” söylənməsi  nə hüquqa uyğundur, nə də ağıla…

ABŞ dəfələrlə  Rusiya və Türkiyə arasındakı bu hərbi sövdələşməyə loyal yanaşdığını rəsmən ifadə etsə də, vaxtaşırı  rəsmi Ankaranı bu sevdadan çəkindirmək üçün hərbi-siyasi şantaja belə əl atır.

Həftənin ilk günündə ABŞ Avropa Qüvvələri komandanı Curtis M. Scaparrotti də konqresdəki çıxışında eyni ilə “Türkiyənin S-400 sistemlərini alması durumunda ABŞ  Türkiyəyə F-35 təyyarələrini  verməməlidir” söyləmişdi.

Bu açıqlamaya Türkiyə prezidenti R.T.Ərdoğan sərt təpgi göstərmiş, ABŞ rəsmilərinə digər NATO dövlətlərinin də Rusiyadan S-300 sistemləri aldığını xatırlatmış, adlarını sadalamış və “bizə irad bildirənlər, niyə onlara qarşı eyni münasibət göstərmir?”, – deyə soruşmuşdu.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir