Azərbaycan Ordusu növbəti genişmiqyaslı təlimlərə başlayıb

(YENİLƏNİR) Müdafiə Nazirliyi Azərbaycan Ordusunun  martın 11-də genişmiqyaslı təlimləri başladığı haqqında  xəbər verib. Təlimlər martın 15-dək davam edəcək.

Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı yerlərə çıxarılıb

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına – təlim mövqelərinə çıxarılıb.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilib. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənib.

 

Təlimə cəlb edilmiş tank bölmələri tapşırıqları yerinə yetiriblər

Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlərin  təlimin niyyətinə uyğun olaraq, əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqları icra ediblər.

 

Əməliyyat-taktiki raket bölmələri təlimə cəlb edilib

Keçirilən genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq, əməliyyat-taktiki raket bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla marş keçiriblər.

Start mövqelərini tutan bölmələr planlı və plandan kənar şərti düşmən hədəflərinə raket zərbələrinin endirilməsi üzrə döyüş şəraitinə maksimal şərtlərdə tapşırıqları uğurla  icra edib.

Təlimlər zamanı döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib

Genişmiqyaslı təlimlərin planına əsasən, təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.
Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara və meydançalara çıxarılıb.
Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi də sona çatdırılıb.

 


Mənbə: Müdafiə Nazirliyi

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir