Bizim Qalaktikanın təqribi kütləsi hesablanıb

Bu haqda məlumatı Avropa Kosmik Tədqiqatlar Agentliyi (ESA) yayıb.  Növbəti hesablama amerikalı və avropalı astronomların birgə fəaliyyətinin nəticəsidir. Elmi işin detalları astrofiziklərin “The Astrophysical Journal”  nəşrində dərc olunub.

Hesablama zamanı avropalılara – ESA-ya məxsus “Gaia ” və amerikalıların, NASA-nın “Hubble”  kosmik teleskopları vasitəsilə əldə edilən məlumatlardan istifadə olunub.  Hesab Yerdən 129 min işıq ili qədər sahəni əhatə edib.

Daha əvvəlki hesablamalarda Bizim Qalaktikanın – Süd Yolunun təxminən 0,5-3 trilyon Günəş kütləsi qədər olduğu  elan edilmişdi.  Son tədqiqat zamanı alimlər qaranlıq materiyanın kütləsini müəyyənləşdirmək  üçün başqa  metoddan istifadə ediblər.  Qeyd edək ki, qaranlıq materiya qalaktikanın kütləsinin 90 faizini təşkil edir.

Xəta nisbəti daha az olan bu hesablama metodu nəticəsində astrofiziklər Süd Yolu qalaktikasının kütləsinin  Günəşdən 1,5 trilyon dəfə çox olduğunu dəqiqləşdiriblər: (1,98847 ± 0,00007) ⋅1030 kq)

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir