Əngəl olmadığın müddətdə əngəlli deyiləm!

Bakı Nəqliyyat Agentliyi  bu sosial xarakterli videoçarxı ötən ilin sonlarına yaxın hazırlayıb yaysa da, problem hələ də aktualdır

Videoçarxda  avtomobillərini səkilərdə, piyada  zonalarında qanunsuz park edən sürücülərə bunun əyani nəticələrini göstərmək,  fiziki məhdudiyyətli şəxslərin hərəkətinə mane olduqlarını nəzərlərinə çatdırmaq, gələcəkdə belə əməllərdən çəkindirməkdir.

Qeyd edək ki, analoji maarifləndirici sosial əhəmiyyətli layihələr bir çox ölkədə geniş tətbiq olunur. Bu formatda xüsusi televiziya layihələri belə mövcuddur.

Təəssüf ki, agentliyin maarfiləndirmə məqsədilə həyata keçirdiyi  bu və oxşar layihələr bizim mətbuat tərəfindən yetərincə dəstəklənmir. Daim ucuz sensasiya axtarışında olan elektron KİV-in diqqətindən yayınmaqla bərabər, bu vacib məsələyə  özünü ciddi qələmə verən media orqanları da əsasən laqeyd yanaşırlar.

Bu sayaq layihələr  adi xəbər səviyyəsində deyil, sistemli və davamlı olaraq maarifçilik missiyası çərçivəsində daim gündəmdə saxlanılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir