Genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin  həlledici fazası  – döyüş atışları mərhələsi həyata keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumata görə,   təlimin niyyətinə uyğun olaraq müxtəlif qoşun növləri silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını məşq ediblər.

Ümumqoşun döyüşünün müasir qaydalarına əməl edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan həmlələri nəzərə alınaraq qoşunlar, eləcə də idarəetmə sistemləri qarşılıqlı əlaqədə effektiv fəaliyyət nümayiş etdiriblər.
Poliqonlarda və müasir qurğularla təchiz edilmiş təlim sahələrində bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetiriblər.
Əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların yeni üsullarla icrasına yönəldilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir