Qazaxıstanın paytaxtı Astananın adı dəyişdirilir

Qazaxıstan parlamentinə yeni sədr seçilib və ölkə paytaxtının adının dəyişdirilməsi haqqında təklif qəbul olunub

Nazarbayevin gözlənilməz istefasından sonra  Qazaxıstanın prezidenti səlahiyyətlərini  müvəqqəti icra edən Tokayevin ilk işi paytaxt  Astananın adının dəyişdirilərək  Nursultan qoyulması  təklifindən ibarət olub.

Əvvəlcə bu təklifin ümummilli referenduma çıxarılacağı, müzakirələr aparılacağı söylənsə də, buna ehtiyac olmadığı bildirilərək bununla bağlı qanun layihəsi parlamentdə səsverməyə çıxarılıb.

 

İclasda  iştirak edən  43 senat və 103 deputatın 100%-lik “lehinə” səsi ilə qanun layihəsi   qəbul olunub.  Beləliklə, bundan sonra Qazaxıstanın paytaxtı  Nur-Sultan adlanacaq. İlkin açıqlamalara görə, ad defislə yazılacaq.

Qeyd edək ki, dünənki istefadan sonra prezident səlahiyyətlərini icra edən parlament senatı sədri Tokayevin  yerinə də namizəd irəli sürülüb və  iclasda iştirak edən 44 senatorun  hamısının dəstəyi ilə dövlətin ikinci postuna Dariqa Nazarbayeva seçilib. Dariqa Nazarbayevə  eks-prezident Nursultan Nazarbayevin qızıdır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir