ABŞ Mərkəzi Bankı faiz dərəcəsini dəyişdirmədi

ABŞ Mərkəzi Bankı (FED) faiz dərəcəsini dəyişdirməyərək  2,25-2,50  aralığında saxladığını açıqlayıb

Açıqlamada faiz dərəcəsinin sabit saxlanması  qərarın  yekdilliklə alındığı  vurğulanmaqla  yanaşı cari ildə faiz  dəyişikliyinin nəzərdə tutulmadığı qeyd olunub. Eyni zamanda, 2020-ci ildə dərəcənin 1 faiz artırıla biləcəyi ehtimalından danışılıb.

Xatırladaq ki, FED ötən il də bu il üçün  faiz  dərəcəsinin 2 faiz artırıla biləcəyini proqnozlaşdırırdı.

Belə çıxır, ABŞ Mərkəzi Bankı verdiyi bəyanat və açıqlamaların maliyyə bazarlarına təsirini nəzərə alaraq onun mətni üzərində manipulyasiya edir, realda isə tamamilə fərqli taktika ilə qərarlar verir.

Ekspertlərin fikrincə, faizlərin gözlənilənin əksinə qaldırılmayıb sabit saxlanması ABŞ dollarının digər aparıcı valyutalara nisbətən nəzərəçarpacaq dəyər itirməsinə səbəb olacaq.

Xəbər ilk anlarda  valyuta mübadiləsi platformasında ciddi  dalğalanma doğrumasa da, FED-in bu qərarı maliyyə bazarına təsirsiz ötüşməyəcək.

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir