Aldadılan taciklər ermənilərdən pullarını tələb edir

Ermənistanda pambıq yetişdirməyə getmiş  taciklər aylardır pullarını ala bilmədiklərindən  ermənilərin əsirinə çevriliblər

Bir  qrup tacik ötən ilin mayından Ermənistana pambıqçılıq üzrə mütəxəssis kimi dəvət ediliblər. Ermənilərə pambıq əkib-becərməyi öyrədən  taciklər sonunda əlləri ətəklərindən uzun  Yerevanda hökumət  binasının qarşısında piket keçirmək məcburiyyətində qalıblar. Qrup üzvlərinin bir hissəsi  pullarını alacaqlarına inamlarını itirdiklərindən Tacikistana qayıtsa da, 5 nəfər haqlarını sonunadək tələb etmək qərarına gəlib.

Hökumət nümayəndələri taciklərə laqeyd yanaşaraq  onların problemini həll etməyib. Martın  7-dən rəsmi dövlət orqanlarına ayaq döyən  taciklər sonunda əllərinə “Bizim pulumuzu verin” plakatı alıb küçədə dayanmalı olublar. Taciklər 15 min dollar alacaqlarının olduğunu bildirirlər.

Rusiya mənbələrinin yazdığına görə, tacikləri Ermənistana Tacikistan əsilli erməni, orada pambıq biznesi ilə məşğul olan Xaçikyan familiyalı biznesmen  dəvət edib. İlk iki ay maaş verilən taciklərə son 8 ayda yalnız söz yedizdirilib. Nəhayətində də gözlənilən baş verib – Xaçikyanın nümayəndəsi  haqlarını tələb edən tacikləri borclu çıxardıb: onların dekabrdan bəri işləmədiklərini, becərilən pambığın yığılmadığını, ölkəni tərk edənlərə maaşlarının verildiyini iddia edib. Taciklərin ağsaqqalı Abdullayev jurnalistlərə erməni nümayəndənin yalan danışdığını bildirib

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir