“Daqlas” ticarət mərkəzi gözümüzün önündə çarta-partla yanıb kül oldu...

Günün, bəlkə də cari ilin hadisəsi  sahiblərinə və işlədənlərinə xeyir, ətrafdakılara isə əsasən ziyan gətirən, adı tez-tez hallanan, uğrunda daim savaşılan bir obyekt – 8-ci kilometr qəsəbəsində, “İnşaatçılar” m/s-na yaxın yerdə, yolun düz üstündəki “Daqlas” ticarət mərkəzi  gözümüzün önündə çarta-partla yanıb kül oldu…

 

 

İndi  müxalifət  fürsətdən istifadə edib hakimiyyəti  suçlamağa başlayacaq, səlahiyyətli orqanlar da nəinki özlərinə bəraət  qazandıracaq, hətta günah keçisi də tapıb çəkəcəklər məşhər ayağına…

 

Bununla belə, düşündürücüdür:

  • Guya dönər-qaz balonunun partlaması nəticəsində yarandığı deyilən yanğında necə olur ki, alovun bir dili o yekəlikdə obyektin bir başından, digəri isə əks tərəfindən ucalır?
  • Necə olur ki, yerdən-göydən total müdaxilə ilə yanğını lokallaşdırmaq mümkün olmur və o (yəni yanğın)  nəinki  obyekti bütünlüklə məhv edir, hətta ətrafa da sıçrayır?
  • Necə olur ki, o boyda obyektin yanğından mühafizə sistemi olmur və o belə halda  rahatca fəaliyyət göstərib?

Maraqlıdır:

  • Obyekt sığortalı idimi?
  • İcarədarlarla bağlanılmış  müqavilələrin şərtləri nədən ibarət olub?
  • Başqasının günahı ucbatından biznesindən, kapitalından məhrum olanların hüquqlarını kim və necə qoruyacaq?

Nəhayət, içəridə – yanğın yerində temperaturun yükəkliyindən bəhs edən yanğınsöndürmə mütəxəssisindən  soruşub öyrənmək istərdik:

  • Temperaturun həddən artıq yüksək olduğu yanğınların su ilə söndürülməsinə cəhd nə dərəcədə doğrudur?  Axı yüksək temperaturda su  yanğın mənbəyinə az təsir edərək buxarlanır. Bəs, köpüklü xüsusi maddələrdən hansı hallarda istifadə edilir?

Bunlar ilk – “isti-isti” doğan suallardır. Dərin araşdırma üçün isə onlarla başqa suala  da  cavab axtarmaq lazım gələcək. Əlbəttə ki, ilkin suallara cavab verilsə…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir