PKK-nın rəhbər heyətinə daxil bir neçə terrorist məhv edilib

Milli İstihbarat Təşkilatı (MİT) ve Türk Silahlı Qüvvələri (TSK) tərəfindən hazırlanan və həyata keçirilən ortaq əməliyyat nəticəsində PKK terror təşkilatının rəhbəri Cəmil Bayıkın ən yaxın adamlarından biri  – Rıza Altun və onunla birlikdə olan terroristlər məhv edilib.

Əməliyyat zamanı PKK-nın sözdə xarici əlaqələrinə məsul   “Navdar” kod adlı Mikail Özdəmir, sözdə PKK-nın sözcüsü “Serhat Varto” kod isimli Əmrullah Dursun ve sözdə Kandil bölgəsi üzrə məsul  “Sinan Sor” kod adlı Ali Aktaş da  zərərsizləşdiriliblər.

Açıqlanan informasiyaya görə, MİT  Rıza Altunun  Kandilin İran sərhəddinə yaxın bir bölgəsində toplantı keçirəcəyi haqqında kəşfiyyat məlumatı əldə etditkdən dərhal sonra əməliyyata hazırlığa başlanılıb.  Terroristlərin, xüsusilə rəhbər heyətin   təyinat yerinə gedə biləcəyi bütün yollar və avtomobillər nəzarət altına alınıb.


Terrorist Rıza Altun (solda)

PKK-nın rəhbər heyətinin, terrorist Rza Altunun, Mikail Özdəmir və Əmrullah Dursunla birlikdə İran sərhəddinə yaxın Abu Bakra kəndinə getdiyini  “Bayraktar TB2” pilotsuz uçan aparatlar təsbit etdikdən sonra Türkiyə Silahlı Qüvvələri bombalanacaq ərazinin kordinatlarını F-16 pilotlarına ötürüb.

Hazırlıqlar tamamlanan kimi  21 mart tarixində  əməliyyat uğurla həyata keçirilib və hədəf vurulub.

Bəs, Rıza Altun və digər terroristlər kimdir?

PKK-nın qurucuları  və Cəmil Bayıka ən yaxın isimlər arasında adı keçən Rıza Altun  daha əvvəllər terror təşkilatının  İran və Avropa üzrə məsul şəxsi olub.

 

Terror təşkilatının həm də sözdə icra şurasının üzvü  olan Altun PKK-nın qondarma siyasi komitəsində, eləcə də  xarici əlaqələr komitəsində məsul “vəzifələr” daşıyıb.

Türkiyə kəşfiyyatının ətopladığı  və yaydığı məlumatalara görə, Altun bölgədə fəaliyyət göstərən beynəlxalq aktyorların nümayəndələri ilə görüşlər keçirib, onlarla danışqlar aparıb.

Türkiyə Daxili İşlər Nazirliyinin terroristlər siyahısında Rıza Altun qırmızı kateqoriyada axtarılanlar arasında olub.

Bu terroristin ismi həm İnterpol tərəfindən axtrılanlar, həm də  ABŞ-ın narkotika qaçaqmalçıları  siyahısında var.

Mikail Özdəmir kimdir?

Bu terrorist PKK-ya 1990-cı ildə qoşulub. ilk dövrdə terror təşkilatının ucqar  məhəlli birliklərində fəaliyyət göstərib, daha sonra Kandilə gətirdilib və PKK-nın sözdə kəşfiyyat birliklərinin  qurucu heyətinə daxil olub.


Terrorist Mikail Özdəmir (sağda)

PKK-nın rəhbər heyətindən Murad Qarailana bağlı olaraq o, təşkilatın maliyyə işlərinə də cavabdeh olub. Eyni zamanda PKK-nın sözdə xarici əməkdşalıq komitəsinın üzvü kimi M.Özdəmir terror təşkilatının xarici işlərini koordinasiya edib.

Əmrullah Dursun kimdir?

O da PKK-ya 1990-cı ildə qoşulub. Bir sıra  cinayətdə – qəsb, soyğun, silahlı basqın və digər  terror aktlarında iştirak edib.

 


Terrorist Əmrullah Dursun

Qeyd edtiyimiz kimi, bir zamanlar PKK-nın sözdə icra şurasında yer alan terrorist Dursun  son illərdə sözdə xarici əməkdaşlıq komitəsində fəaaliyyət göstərib.

Ali Aktaş kimdir?

Bu terrorit  “maraqlı” fiqurdur – PKK-ya 1978-ci ildə gəlib. 2009-cu ildən bəri terror təşkilatının rəhbər heyətində yer alıb.

 


Terrorist Ali Aktaş

“Sinan Sor” kod adıyla uzun müddət  Rusya və Ermənistanda fəaliyyət göstərən  Ali Aktaş  Avropa və Rusya sahəsindən  Kandilə  pul  daxilolmalarını təşkil edib.

İraqa 2011-ci ildə qayıdıb və  terroristlərin gömrük işlərinə rəhbərlik edib, 2014-dən isə Mahmur (İraqın şimalında şəhərdir) üzrə məsul şəxsi olub. Eyni ildə təşkilatın sözdə xarici əməkdaşlıq orqanında “vəzifə” alan Aktaş 2017-dən bəri Kandilə çəkilib və bölgə üzrə məsul şəxs elan edilib.

 


Mənbə: Anadolu Agentliyi

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir