Qəzzə milyonluq Böyük Dönüş Yürüşünə hazırlaşır

HƏMAS hərəkatının sözcüsü Abdullətif əl-Kanu sabah keçirilməsi planlaşdırılan  “Böyük Dönüş Yürüşü” haqqında yazılı məlumat yayıb

Qəzzə zolağında yürüşün ötən ildən keçirildiyini xatırladan Kanu aksiyanın İsrailin  mühasirəsini qırmaq, geri dönüş haqqını vurğulamaq üçün önəmli olduğunu bildirib.  O, sabahkı aksiyanın  “milyonluq Böyük  Dönüş Yürüşü” adlandırıldığını qeyd edərək tədbirə hər qrup və sahədən fələstinlinin qoşulacağını yazıb.

Sözcü  ötən ildən başlanan aksiya nəticəsində  bəzi tələblərinin qəbul olunmasına baxmayaraq,  fələstinlilər bütün istəklərinin qəbul  edilməsi əzmi ilə yürüşə hazırlaşırlar.

Qeyd edək ki,  ötən il martın 30-dan bəri Qəzzə zolağında “Böyük Dönüş Yürüşü” adı altında müxtəlif dinc sülh aksiyaları  təşkil olunur. Buna baxmayaraq İsrail ordusu dinc aksiyaçılara qarşı  silah işlədir, atəş açır. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, aksiyalar başlanandan bəri bir ildə 200 nəfərdən çox fələstinli israil əsgərləri tərəfinən qətlə yetirilib.

Məlumat üçün bildiririk ki, fələstinlilər yürüş üçün 30 mart tarixini təsadüfən seçməyiblər: məhz bu tarixdə  – 30 mart 1976-cı ildə ölkənin Cəlilə bölgəsində İsrail yerli əhaliyə aid minlərlə hektar əraziyə əl qoyub. Buna etiraz edən fələstinlilərə  polis atəş açıb və nəticədə 6 nəfər həyatını itirib. Fələstinlilər  30 martı “Torpaq Günü” adlandırırlar.

Dünya isə illərdir sürən bu qanlı münaqişəyə də seyrçi  qalmaqla bərabər, sabahkı yürüşün nə ilə nəticələnəcəyini “maraqla” gözləyir…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir