Vyana görüşündən sonra erməni tərəfi ənənəvi ritorikadan imtina edib...

Bugünkü görüşü pozitiv qiymətləndirirəm…

Vyana danışıqlarından  sonra Ermənistanın Baş naziri Paşinyan Avstriyadakı erməni icmasının nümayəndələri ilə görüşdə belə deyib.

Ermənistanın Baş naziri fikrinə aydınlıq gətirərək davam edib:

Bu vaxta qədər danışıqlara  elə məntiqlə yanaşılırdı ki, nəticədə  kimin üstün  gəldiyi, kiminsə uduzduğu qənaətinə gəlinsin. Son görüşün vacib xüsusiyyəti ondan ibarətdir ki, qarşıya belə bir məqsəd qoyulmayıb.

Müzakirələr başladı. Təbii ki, tərəflərin hər birinin öz ideya və təsəvvürləri var. Bu münaqişə çox dərin köklərə malikdir və ilk növbədə o da vacibdir ki, biz qəliz situasiyada müşkül işlə məşğul  olduğumuzu anlayırıq.   Problem ciddi və dərindir.


Redaksiyadan: Ermənistan hökumət başçısının populizmdən uzaq bəyanat verməsi, üstəlik problemin ciddiliyini anladıqlarını ifadə etməsi    ümidverici işartı olsa da, danışıqların formatında konstruktiv keyfiyyət dəyişikliyi nəzərə çarpmır. Bu xüsusda ATƏT-in Minsk Qrupunun, həmsədrlərin fəaliyyəti münaqişənin dinc yolla ədalətli həllinə çalışdığını söyləmək üçün əsas görünmür. Bu qrupun sülh danışıqlarını imitasiya edib faktiki olaraq status-kvonu dəyişməmək – yəni işğal şəraitini olduğu kimi saxlayıb vaxtı uzatmaq cəhdi ona olan etimadı Azərbaycanda minimuma endirib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir