Qəzzədə yenə qan axdı: həlak olanlar, yaralananlar var

30 mart Torpaq Günü münasibətilə Qəzzədə keçirilən növbəti  dinc etiraz aksiyası  –  “Böyük Dönüş Yürüşü” də qanlı keçib.  Yenə də daşa qarşı həqiqi mərmi atılıb. İsrail ordusunun açdığı atəş nəticəsində 17-20 yaşlarında 4 gənc həyatını itirib.

316 nəfərin yaralandığı, bunlardan 64-nün gerçək, 16-sının plastik  güllə ilə vurulduğu, 13 nəfərin qəlpə yarası aldığı   bildirilir. Bölgədən gələn xəbərlərdə qaz bombasından və digər səbəblərdən xəsarət alanların sayı 223 nəfər göstərilib.  Yaralılardan 14-nün vəziyyəti ağırdır.

Anadolu Agentliyinin yaydığı xəbərə görə, aksiya iştirakçıları on minlərlə fələstinli Qəzzə zolağının 5 müxtəlif yerində İsrailin torpaqlarından çəkilməsi,  embarqonun qaldırılması tələbi ilə şüarlar səsləndiriblər. İsrail ordu mənsublarına yaxınlaşan və onlara daş atan fələstinlilərə İsrail əsgərləri atəşlə qarşılıq veriblər.

Nümayişdə iştirak etmiş HAMAS-ın Qəzzə üzrə məsul nümayəndəsi  Yəhya Sinvar  aksiyadakı çıxışında fələstinlilərə qarşı bütün hücumlara  qarşılıq verəcəklərini bəyan edib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir