Türkiyədə bələdiyyə seçkiləri sona çatıb

Türkiyədə sona çatmış növbəti bələdiyyə seçkilərinin ilkin nəticələri iqtidar partiyasının hələ də xalqın inam bəsləyib etibar etdiyi önəmli siyasi güc olmasına dəlalət edir.

Bu seçkilər yeni siyasi sistemdə ilk yerli seçkilər olduğundan maraq və tərəddüdlə gözlənilirdi.  Hər seçki öncəsi olduğu kimi Türkiyənin inkişafını və söz sahibi olmasını həzm edə bilməyən qüvvələr və onların əlaltıları qardaş ölkədə istiqrarı pozmaq üçün  “səfərbər” olmuş, yenidən hər üsula əl atmışdı. İdeoloji-informasiya təxribatlarından  tutmuş iqtisadi tənəzzül effekti doğurmaq üçün birjalarda, valyuta bazarlarında süni dalğalanmalar yaratmışdı.

Bütün bu cəhdlərə ən qəti cavabı  Türkiyə xalqı verdi. Demokratik seçkilərin sonucuna görə AKP bir daha qələbə qazandı, ümumilikdə seçkidə iştirak edən 13 partiyaın hər birindən artıq səs topladı.

Türkiyə üzrə AKP

0%

Bununla belə,  İstanbul  Böyük Bələdiyyəsinə ilk açıqlamalarda  AKP namizədi Binəli Yıldırımın qazandığı elan olunsa da, Türkiyə Seçki Komissiyası CHP-nin nümayəndəsinin qalib gəldiyini bildirib.  AKP saxtakarlıq iddiası ilə səslərin yenidən sayılmasını tələb etdiyindən   İstanbulla bağlı nəticə qəti deyil.

Diqqət çəkən məqam HDP-nin ölkənin cənubundakı bəzi mövqelərini itirməsi, xeyli səs itirməsidir. Bu da terrordan  bezən kürd əhalinin daha əvvəlki səviyyədə HDP-yə  etimad göstərmədiyinə  dəlalət edir. 

Məsələn, Şırnakda 30 ildir yerli hakimiyyəti əlində saxlayan terrora mənən bağlı siyasi qüvvələr  bu dəfə AKP-yə böyük fərqlə uduzub.

Halbuki, Şirnak HDP-nin alınmaz qalalarından biri sayılırdı. Ötən seçkilərdə 80 faizlik üstünlüklə qazanmış HDP-yə səs verənlərin sayı kəskin azalıb.  Bu seçkidə AKP nümayəndəsi səslərin 60 faizini toplayıb.  Hakkarı və Ağrıda da seçiçilər  HDP-yə sərt mesajlarını  bu partiyadan imtina ilə veriblər. 

AKP-MHP  – Cümhur  İttifaqı   özünü doğrultmuş, nəticələr hər iki partiya üçün  uğurlu olmuşdur.

Cümhuriyyət İttifaqı
0%

Tək dərdləri, plan və proqramları AKP-ni iqtidardan uzaqlaşdırmaq  olan müxalifət yenə də niyyətinə çatmayıb.

Xalq  “Millət İttifaq” adlanan CHP-İyi Parti blokuna onların gözlədiyi etimadı göstərməyib.  Bu blok HDP tərəfindən dəstəklənsə də, nə ittifaq, nə HDP arzu etdikləri qədər səs toplayıb. 

Milliyət İttifaqı
37.56%

Seçkinin uğurla nəticələnməsi  Türkiyə üçün  daha 4-5 il (növbəti seçkilərə qədər)  siyasi çalxalanmalar yaşanmadan, gərilmədən  sabit şəraitdə inkişafına şəraitin yaranması deməkdir.

Seçkiyə  MHP lideri Bahçelinin sözü ilə yekun vurmaq olar:

 

Seçkilərdə hər kəs qazandığını deyir. Deməli, uduzan yoxdur, udan Türkiyədir. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir