Ölkəmizin turizm imkanları Ukraynada keçirilən beynəlxalq sərgidə nümayiş olunub

Ölkəmizin  turizm potensialı Kiyevdə keçirilən “Uitt 2019” beynəlxalq turizm sərgisində uğurla təqdim olunub.

Turizm Bürosu və ölkəmizin turizm sektorunda fəaliyyət göstərən tərəfdaş  şirkətlər Azərbaycanın mövcud potensialını, yeni turizm marşrutlarını, həmçinin yay aylarında dəniz – çimərlik  istirahət imkanlarını nümayiş etdiriblər.

Sərgi çərçivəsində Ukraynanın turizm  təmsilçiləri üçün  seminar da təşkil olunub.

Statistik məlumatlara görə, ötən il  Ukraynadan  Azərbaycana 57 min 640 turist gəlib və  bu MDB ölkələri üzrə yüksək göstəricilərdən biridir.

Ukraynadan Azərbaycana Bakı və paytaxta yaxın şəhərlərə  əsasən gənclər gəlir. Ailəliklə gələn turistlər daha uzun müddətə ölkəmizdə qalırlar. Turistlər arasında SPA və sağlamlaşdırıcı prosedura, qastronomiya turlarının həvəskarları, həmçinin biznes səyahətçiləri çoxluq təşkil edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir