Çin növbəti S-400 kompleksini  müqavilə müddətindən  tez alacaq

Rusiya Federasiyası cari ilin iyulundan etibarən Çin Xalq Respublikasına  S-400  “Triumf” zenit-raket sistemlərinin ikinci alayını göndərməyə başlayacaq.

Rusiya mətbuatının  hərbi-diplomatik mənbələrə istinadən yaydığı xəbərdə S-400 yüklü gəmilər Baltik dənizindən yola çıxacaq.  Yükün tamamını daşımaq üçün i 3 gəmiyə ehtiyac olacağı bildirilib. İlk partiyada Çinə alayın komanda məntəqəsi, sistemin buraxıcı qurğuları və döyüş sursatı komplekti, həmçinin radiolokasiya stansiyaları, əlavə-yardımçı avadanlıq, ehtiyat hissələri  göndəriləcək.

İlk gəminin müqavilə şərtləri ilə müəyyənləşdirilmiş  nəql qrafikindən 5 ay daha tez yola çıxacağı açıqlansa da, növbəti gəmilərin səfər müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Çin S-400  “Triumf”  kompleksinin ilk sifarişçisidir.  İki il əvvəl imzalanmış müqaviləyə əsasən,  Rusiya Çinə iki alay S-400  satmalıdır.

S-400 zenit-raket sistemlərinin ilk alayı Çinə ötən ilin yazında təhvil verilib. Çin hətta ötən il bu sistemləri sınaqdan da çıxarıb. Sınaq atışlarında  S-400 raketləri vasitəsilə  ballistik raketlər və aerodinamik digər hədəflər müvəffəqiyyətlə vurulub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir