Braziliyada canlı yayımda radiostansiya soyulub (video)

San-Pauluda  bir radiostansiya  canlı yayım zamanı silahlı basqına məruz qalıb.   Əlisilahlı soyğunçular içəri daxil olan kimi studiyadakı şəxslərin mobil telefonlarını yığıb, daha sonra üstlərindəki qiymətli əşyaları, saat və pullarını üzlərinə tapança tuşlayaraq toplayaraq aradan çıxıblar. Quldurlar 3 nəfər olub.

Canlı yayımda studiyada baş verənləri dinləyən radio dinləyiciləri bunun bir zarafat olmadığını anlayan kimi polisə xəbər veriblər. Asayiş keçikçiləri hadisə yerinə gələnə kimi isə quldurlar aradan çıxıblar.

Hadisə studiyadakı videokameralar vasitəsilə qeydə alınıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir