AB ittiham edir: məşhur alman şirkətləri böyük məbləğdə cərimələnə bilərlər

Avropa Birliyi BMV, Daimler və VW avtomobil konsernlərini gizli sövdələşmədə ittiham edib

Avropa Birliyi bəzi avtomobil istehsalçılarının benzin və dizellə işləyən maşınlarda ekoloji cəhətdən daha təmiz texnologiyaların təkmiləşdirilməsini  əngəllədiklərindən şübhələnərək onlar haqqında tədqiqat qərarı vermişdi. Bu tədqiqat çərçivəsində alman avtomobilı istehsalçıları BMV, Daimler və VW Volkswagen, Audi, Porsche) şirkətlərinin  öz aralarında gizli razılığa gəldiyi müəyyən olunub.

AB komissiyası bununlıa bağlı ilk rəyini açıqlayıb. Rəyə görə, sadalanan  şirkətlər 2006-2014-cü illər arasında bu şirkətlər avtomobillərin xaric etdiyi zərərli tüstünü azaltmaq, bu sahədə yeni texnologiyaların tətbiqini əngəlləyən qərarlar verərək Avropa Birliyini  rəqabət qaydalarını pozublar.

Bu araşdırmadan sonra adı çəkilən və haqlarında iddia irəli sürülən bu şirkətlərə cavab vermək haqqı tanınıb.

Qeyd edək ki, Avropa Birliyinə daxil ölkələrdə fəaliyyət göstərən şirkətlərin rəqabət qaydalarına riayət etmələrinə nəzarət AB komissiyası səlahiyyətlərinə aiddir.

İddia təsdiqini taparsa, bu məşhur alman şirkətlərinə böyük  məbləğlərdə cərimə kəsiləcək və qaydalara zidd hallar aradan qaldırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir