İsrailin kosmik zondu Ay orbitindən çəkdiyi ilk şəkilləri Yerə göndərib

İsrailin “Bereşit”  kosmik aparatı  “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi vasitəsilə kosmosa fevralın sonunda göndərilib.  Aparat  səthə enmə xüsusiyyətinə malikdir.

“Bereşit” aprelin 4-də müvəffəqiyyətlə Ayın orbitinə çıxıb, hətta çəkdiyi ilk şəkilləri Yerə göndərib. Şəkillər Ayın  Yerdən görünməyən üzünə aiddir və  fonda planetimiz də görünür.

Bu aparat İsrailin qeyri-kommersiya təşkilatı “Spaceİl” tərəfindən “Google Lunar XPRIZE” müsabiqəsində iştirak üçün layihələndirilmişdi.   Amma  müsabiqəyə yekun vurulmamış, qalib müəyyənləşdirilməmişdi. Buna baxmayaraq  layihədən imtina etməyən şirkət aparatın real prototipini yaratmaq üçün mesenatların və xeyriyyə fondlarının maddi yardımı ilə 50 milyon dollar toplaya bilmişdi.

Bu vəsait hesabına  həm aparatın özü hazırlanıb, həm də onun kosmosa çıxarılması üçün raketdə yer alınıb.

Aparatın adı “Bereşit” Tövratdan götürülüb, ilk kitabın adıdır və hərfi mənası “Əvvəlcə” deməkdir.

“Bereşit”  bir həftə sonra Ay səthinə endirələcək və planetimizin təbii peykinin tədqiqinə başlayacaq.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir