Ukrayna prezidentliyinə namizədlər bir-birinə meydan oxuyur

Prezident seçkilərində  ikinci tura  çıxan  Zelinski  opponenti  Poroşenkonun debata dəvətinə  qarşılıqlı çağırışla cavab verib.

O, Poroşenkoya müraciət edərək debatın Kievdəki  mərkəzi stadiondan ölkənin  bütün telekanallarının canlı yayımı altında keçirilməsini təklif edib:

Pyotr Poroşenkoya müraciət edirəm. Siz məni debata çığırırsınız, xəyal da edirsiniz ki, mən bundan qaçacağam, donub gizlənəcəyəm… yox. Mən –  2014-cü ildəki siz deyiləm. Mən sizin çağırışı qəbul edirəm.

Deyə, Poroşenkoya video müraciətdə Zelenski  şərtlərini də sadalayıb:

Sizi burada –   olimpiya stadionunda gözləyirəm. Debatlar Ukrayna xalqının hüzurunda keçirilsin, bütün telekanallara bunu canlı yayınlamaq  hüququ verilsin, bütün jurnalistlərə iştirak imkanı yaradılsın və namizədlər xalqa aralarında narkoman və alkoqolik  olmadığını isbatlamaq üçün mütləq  tibbi ekspertizadan keçsinlər…

Zelenskinin daha bir şərti də olub. O rəqibindən ictimaiyyət qarşısında

Debatın Kremlin və ya Kolomayskinin marionetkası, maloross, vatnik, heyvan, klounla deyil, Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski ilə  keçiriləcəyini

Bəyan etməsini də şərt olaraq irəli sürüb və qərar üçün Poroşenkoya 24 saat vaxt verdiyini deyib.

Poroşenko  şərtlərə münasibət bildirmədən seçki məcəlləsində debatların nəzərdə tutulduğunu xatırladaraq bu təklifi qəbul etdiyini  analoji video çarxla elan edib.

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir