TRT səslərin yenidən sayılması prosesini canlı yayımlamaq üçün müraciət edib

Türkiyə Radio Televiziya Qurumu (TRT)  Ankara və İstanbulda davam edən səslərin yenidən  sayılmasını  canlı yayımlamaq üçün  Mərkəzi Seçki Komissiyasına (YSK-ya) TRT-nin baş direktorunun vəkili Erkan Durdunun imzası ilə müraciət ünvanlayıb.

TRT müraciət məktubunda  bəzi seçki məntəqələrində səslərin yenidən sayılması prosesinin şəffaflığını təmin olunması  zərurətindən, bunun  ictimai fayda və əhəmiyyətindən bəhs edilib.

YSK TRT-nin istəyini qismən qəbul edib

Mərkəzi Seçki Komissiyası müraciətə baxaraq səslərin sayıldığı yerdən fasiləsiz canlı yayım aparılmasını məqbul bilməyib.  Amma TRT-yə xəbər hazırlamaq üçün çəkiliş aparmağa icazə verib.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir