ABŞ İran İnqilabı Keşikçiləri Korpusunu terrorist təşkilatı elan etdi

ABŞ prezidenti Donald Tramp İran İnqilabı Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına  daxil edilməsi haqqında qərara imza atıb. Bununla da ABŞ-İran münasibətlərində gərginlik kritik həddə yüksəlib.

Belə bir addımın atılacağı əvvəlcədən müzakirə olunsa da, ABŞ prezidentinin buna gedəcəyinə şübhə ilə yanaşılırdı. Belə ki,  bu hal ABŞ-İran münasibətlərini hərbi münaqişəyə qədər  poza bilər. Hərçənd, ABŞ dəfələrlə İrana qarşı həbri əməliyyat keçirmək niyyətində olduğunu gizlətməyib və bir neçə dəfə gözlənilən müdaxilə təxirə salınıb.

İran İnqilabı Keşikçiləri Korpusunun terrorist təşkilat elan edilməsi  ABŞ ordusuna digər  terror təşkilatlarına qarşı olduğu kimi  birbaşa müdaxilə hüququ verir və faktiki,  İranın bu hərbi birləşməsini  İŞİD kimi terror təşkilatları ilə eyniləşdirir.

Bu korpus İranın rəsmi ordusu olmasa da,  böyük hərbi və siyasi gücə malikdir. Korpusun 150 min nəfər şəxsi heyəti var. İranın strateji hərbi doktrinalarını məhz bu korpus həyata keçirir. Faktiki İranın dövlət ordusu səviyyəsində tanınan bu hərbi  birləşməyə  terror təşkilatı damğası vurulması  regionun təhlükəsizliyinə ciddi təhdiddir.

İran da Trampın bu qərarına analoji cavab verib və ABŞ ordusunu terror təşkilat kimi tanıdığını elan edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir