Türkiyə Ordusu daha bir PKK rəhbərini zərərsizləşdirib

PKK-nın İraqın şimalındakı  obyektlərinə endirilən aviasiya zərbəsi  nəticəsində bu terror təşkilatının rəhbər heyətindən olan terrorist Mehmet Soysüren öldürülüb.

Aviazərbə üçgünlük müşahidələrdən sonra “Pəncə”  əməliyyatı çərçivəsində həyata keçirilib. Bu əməliyyat martın 30-dan bəri İraqın şimal bölgələrində aparılır.

Mehmet Soysüren Türkiyə Daxili İşlər Naziriliyi tərəfindən qırmızı bülletenlə axtarılırdı. Bu terrorist PKK-nın “xüsusi təyinatlıları” üzrə məsul idi.

Qeyd edək ki, PKK 2015-ci ildə yenidən aktiv terror fəaliyyətinə başladığı dövrdən indiyədək Türkiyədə 500 dinc sakin,  təhlükəsizlik qüvvələrinin 800 əməkdaşı həlak olub.

Eyni dövrdə keçirilən anti-terror əməliyyatları nəticəsində 10 mindən çox PKK-lı terrorist məhv edilib, yaxud həbs olunub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir