Ərdoğan Baxçelı ilə prezident sarayında görüşüb

Türkiyə prezidenti, eyni zamanda AKP sədri  Rəcəb Təyyub Ərdoğan prezident sarayında MHP sədri Dövlət Baxçelını qəbul edib.

Görüş mətbuata bağlı şəraitdə keçirilib.  Hələlik  görüş haqqında heç bir açıqlama verilməsə də, mövzunun seçkilərin nəticələri olacağı düşünülür.

“Cümhuriyyət ittifaqı” siyasi blokunun partiya sədrlərinin görüşündə ilk növbədə Ankara və İstanbuldakı seçkilərdə qeydə alınan ciddi qanun pozuntularının,  total saxtakarlıqların  aradan qaldırılması yollarının müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, görüş ərəfəsində, bir gün öncə MHP lideri  ədalətli və qanuni nəticəyə varmaq  üçün İstanbuldakı seçkilərin təkrar keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir