10 milyonuncu azərbaycanlının şəhadətnaməsi valideynlərinə verilib

Aprelin 6-da dünyaya gəlmiş 10 milyonuncu Azərbaycan vətəndaşı Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi  Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsində körpənin valideynlərinə təntənəli şəkildə təqdim edilib.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Respublika Perinatal Mərkəzinə gələrək 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüb.

Görüşdə uşağın valideynlərinə sertifikat, dövlət tərəfindən hədiyyə olunan mənzilin reyestrdən çıxarışı və digər hədiyyələr verilib. 10 milyonuncu azərbaycanlının adına açılmış və hesabına vəsait yatırılmış bank-əmanət kitabçası da  prezident və xanımı tərəfindən xoşbəxt ailəyə təqdim olunub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir