Rusiya Türkiyəyə  ilə müştərək vertolyot istehsal edə bilər

Türkiyənin aerokosmik korporasiyası (TUSAŞ/TAI) müxtəlif komplektləşdirmə hissələri istehsal edir. “Vertolyotı Rossii” (“Rusiya Vertolyotları” – red.) bu hissələrdən həm istifadə etməyə, həm də türkiyəli həmkarları  ilə onları sertifikasiyadan keçirməyə hazırdır. Belə olan təqdirdə  Türkiyə mənşəli sertifikatlı detallarla Rusiyada vertolyot istehsal edib  tərəfdaş ölkələrə satmaq olar.

Bu fikirlər qardaş ölkənin mətbuat nümayəndələrinə müsahibə verən “Vertolyotı Rossii” holdinqinin baş direktoru Andrey Boqinskiyə aiddir.  Direktor Türkiyənin döyüş vertolyotları istehsalında uğurlu təcrübəyə malik olduğunu  vurğulayıb və deyib:

Biz mülki sahədə də əməkdaşlıq üçün perspektivin olduğunu görürük. Bizim təyinatından asılı olaraq müxtəlif tip vertolyotlarımız var. Bu səbəbdən təkliflərə açığıq. Yəni biz Türkiyə Respublikasında istehsal olunan komplektləşdirmə hissələrindən istifadəni istisna etmirik.

Andrey Boqinski  Türkiyədə mülki vertolyotların sayının yüz ədəddən bir qədər çox olduğuna diqqət yönəldib və İranla müqayisə aparıb:

Türkiyənin və İranın əhalisi təqribən eyni olsa da, İranın ərazisi Türkiyədən iki dəfə böyükdür.  Amma hesablamalarımıza görə, İranda mülki vertolyotların sayı Türkiyədən iki deyil, 4-5 dəfə çoxdur.  Bu səbəbdən  Türkiyə nəhəng potensiala malikdir.

Baş direktorun sözlərinə görə, əgər Türkiyə yanğınlara qarşı mübarizə proqramlarını genişləndirmək istəsə, bunun üçün ona ən azı əlavə 50-70 ədəd vertolyot lazım olacaq.

Biz anlayırıq ki, bütün ölkələr – Türkiyə, Yunanıstan,  Rusiya Federasiyası  böyük ziyanla müşayiət  olunan təbiət yanğınlarından əziyyət çəkir.  Bu səbəbdən bizim düşüncəmizə görə, yanğına qarşı mübarizədə vertolyotlardan istifadə ən azı dəyən zərəri azalda, bəzi hallarda isə yanğının qarşısını əvvəldən almağa imkan yarada bilər. Eyni zamanda bütün ölkələr üçün müxtəlif hallarda, xüsusilə avtomobil  qəzaları zamanı insan həyatını xilas etmək vacibdir.

söyləyən Andrey Boqinski   bununla mülki vertolyotların əhəmiyyətini diqqətə çatdırmağa çalışıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir