Rusiyanın Su-57-i  ABŞ-ın  F-35-ni əvəzləyə bilərmi?

ABŞ-ın Türkiyəni S-400-dən imtina etməyəcəyi təqdirdə ona  F-35-ləri  satmayacağı  təhdidləri və qardaş ölkə rəsmilərinin də buna müqabil başqa ölkələrdən döyüş təyyarələri  ala biləcəyini  açıqlaması  fonunda  ekspertlər bunun alternativinin nədən ibarət ola biləcəyi  üzərində düşünürlər.

Türkiyənin xarici işlər naziri  Çavuşoğlunun  kəskin bəyanatla çıxış etməsinin  ölkə prezidenti Ərdoğanın  Rusiyaya səfəri, Putinlə görüşündən sonra təsadüf etməsi bu görüşdə  qeyd olunan mövzu əsasında da müəyyən razılığa gəlindiyinə dəlalət edə bilər

F-35 təyyarələrini əldə etmək  mümkün olmayacağı təqdirdə Türkiyə oxşar təyyarələri başqa ölkələrdən alacaq. Və bu, beşinci nəsil qırıcı təyyarələrin Türkiyədə  yerli istehsalının təşkilinədək belə davam edəcək.

Çavuşoğlunun  bu sözlərindən sonra ekspertlər Rusiyanın beşinci nəsil Su-57 təyyarələrinə malik olduğunu xatırladaraq bu  hərbi texnikanın  amerikalıların F-35-dən bəzi göstəricilərinə görə üstün olduğunu iddia ediblər. Məsələn, Su-57-lər F-35-lərdən daha uzaqmənzilli, daha sürətli və daha geniş manevr qabiliyyətinə malikdir.

Bununla belə, F-35-lərin əsas üstünlüyü  radarlara görünməz olmasıdır. Amerika təyyarəsi  təyinetmə cihazları vasitəsilə toplanan məlumatın sintez-təhlili baxımından da  Su-57-ni üstələyir. Bu da müasir müharibə anlayışlarına görə vacib amildir. Eyni zamanda F-35-lər düşmən ərazisində  hərəkələrini digər təyyarələrlə  koordinasiya edə bilir.

Əslində, Su-57-nin konstruktorları ilə F-35-in layihəçilərinin hədəfləri fərqli olub. Rusiya təyyarəsinin vacib obyektlər üzərində təhlükənin qarşısını almaq üçün havada üstünlüyə malik olması qarşıya məqsəd qoyulduğundan onların “görünməməsi”   prioritet hədəf olmayıb.

Rusiya hərbi doktrinası “görünməz” hava obyektləri ilə döyüş və onlara qalib gəlmək üzərində qurulduğundan  öz təyyarələrinin “görünməzliyi”  məsələsinə xüsusi önəm verilməyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir