ABŞ Səudiyyə şahzadəsinin yaxın çevrəsindəki şəxslərə sanskiya tətbiq edib

Dünya mətbuatı hələ də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda vəhşicəsinə qətlə yetirilmiş jurnalist Camal Qaşıqçı cinayətində  şahzadə Məhəmməd bin Salmanın rolunu müzakirə etməkdədir.

Kütləvi informasiya vasitələrində  cinayətin şahzadə Salmanın sifarişi ilə ona yaxın şəxslər tərəfindən təşkil və icra olunmasına  dəlalət edən materiallar yayımlanır.

Ekspertlər ABŞ-ın şahzadə Salmanın yaxın çevrəsindən 16 nəfərə qarşı sanksiya tətbiq etməsini  bu iddianı gücləndirən  arqument  kimi irəli sürürlər.  Sanksiyaya məruz qalan şəxslərin siyahısını açıqlayan ABŞ-ın dövlət katibi  Mayk Pompeo onların Qaşıqçı cinayətində iştirakı səbəbindən ABŞ-a girişinə də  qadağa qoyulduğunu açıqlayıb.

Diqqət çəkən məqam ondan ibarətdir ki, siyahıdakı bütün şəxslər şahzadə Salmanın Səudiyyə Ərəbistanının dövlət strukturuna nəzarəti təmin etdikdən sonra formalaşdırdığı komanda üzvləridir.  Onların arasında şahzadənin keçmiş baş müşaviri də var.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir