“WikiLeaks”ın yaradıcısı Asanj Londonda həbs olunub

İngiltərə polisinin yaydığı xəbərə görə, Culian Asanj  Ekvadorun Londondakı səfirliyində həbs olunub.

“WikiLeaks”ın yadacıcısı Asanj  2012-ci ildən Ekvadorun səfirlik binasına sığınmışdı.  Ekvadorun  Asanjı siyasi sığınacaqdan  məhrum etməsindən sonra London polisinin onu həbs etməsini əngəlləyəcək maneə aradan qalxıb.  Aprelin 11-də London Məhkəməsi  Asanjın həbsinə  qərar verib.

“WikiLeaks” nümayəndələri isə buna etiraz edərək Asanjın  həbsinin beynəlxalq hüquq normalarına zidd olduğunu bildiriblər.

Xatırladaq ki, Asanjın həs olunacağı haqqında xəbərlər bir neçə həftə öncədən yayılmağa başlamışdı. “WikiLeaks” portalı  ilk olaraq bu haqda yazmışdı.

“WikiLeaks”  Ekvador prezidentinin buna vadar edildiyi qənaətindədir.  Belə ehtimal olunur ki, Ekvador  prezidenti adı ofşor sənədləri ilə bağlı korrupsiya qalmaqalında keçən qardaşını  himayə etmək üçün belə bir  siyasi sövdələşməyə gedib.

Asanjın həbsindən sonra Britaniya Məhkəməsi onun İsveçə ekstradisiyası haqqında qərar verib.  “WikiLeaks”ın yaradıcısı  İsveçdə  2010-cu ildə iki qadını zorlamaqda ittiham olunur.

11 aprel 2019, Asanj həbs olunduqdan sonra – polis maşınında ©

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir