Azərbaycan poeziyası və folklor nümunələrindən ibarət yeni kitab çap olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan ədəbi-mədəni irsinin qiymətli nümunələri toplu şəklində “Poeziya çələngi. The Garland of Poetry” adlı kitabda oxuculara təqdim olunub.

Topluya klassik və müasir Azərbaycan poeziyası nümunələri, xalq mahnıları və bayatılar daxil edilib. Kitab tanınmış ədəbiyyat xadimi, şair Sabir Mustafanın tərcüməsində 2 dildə – Azərbaycan və ingilis dillərində çap olunub.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətdə çap edilən kitabın Mədəniyyət Nazirliyinin tabeçiliyindəki kütləvi kitabxanalarda yerləşdirilməsi, eyni zamanda klassik və müasir Azərbaycan poeziyası nümunələri, xalq mahnıları və bayatılarımızın təbliğatı məqsədilə beynəlxalq tədbirlərdə istifadəsi nəzərdə tutulur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir