İsraildə seçkilərin nəticələri  açıqlanıb

9 aprel tarixində keçirilən İsrail parlamentinə növbəti seçkilərin nəticələri elan olunub.

İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Baş nazir Binyamin Netanyahunun rəhbəri olduğu “Likud” partiyası daha çox – parlamentdəki 120 yerdən 36-nı qazanıb. Cəmi bir yer az – 35 parlament  mandatını  “Kahol-Lavan”  siyasi bloku əldə edib. Bu blokun rəhbərləri İsrail ordusunun eks qərargah rəisi Beni Hans və keçmişdə jurnalist olmuş Yair Laliddir.

Keçmiş müdafiə naziri Avidqor Libermanın  “Bizim evimiz İsraildir” partiyası  verilən səslərə mütənasib  olaraq parlamentdə cəmi 5  nəfərlə təmsil olunacaq.

Ərəb siyahısı və “Balad” partiyası koalisiyası  6, sol təmayüllü “Merec” partiyası isə 6 mandat alacaq.

İsraildəki seçkilərin nəticələri əsasında söyləmək olar ki, parlament mandatlarının 65 faizini radikal sağ təmayüllü  siyasi qüvvələr qazanıb. Bu faiz nisbəti  onlara  parlamentdə səs çoxluğunu əldə etməklə yanaşı, hökumət qurmağa da yetəcək.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir